ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyalı iş adamı İvan Şevırevin həyat yoldaşına sui-qəsd cəhdində şübhəli bilinən Rifat Sultanov ekstradisiya edilib və Kazandakı istintaq təcridxanasına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən TASS-a məlumat verilib.
"O, saxlanılıb, artıq təcridxanadadır", - deyə agentliyin mənbəsi bildirib.
Məlumata görə, Sultanov hadisə ilə bağlı özünü təqsirli bilib. İş üzrə digər iki təqsirləndirilən şəxs - Burixon Xamidov və Bulat Qalyamov da təqsirli olduqlarını etiraf ediblər.
Yada salaq ki, oktyabrın 14-də Kazanda motosiklet sürən şəxs 34 yaşlı qadının boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.