Əti əvəz edən qidalar, xüsusilə vegeterian və ya veqan qidalanma tərzində olan insanlar üçün çox önəmlidir. Ət əsasən zülal (protein), dəmir, B12 vitamini və digər minerallarla zəngindir, buna görə əti əvəz etmək istəyənlər bu qidanı başqa qidalardan almağa diqqət etməlidirlər.
BAKU.WS xarici KİV-ə istinadən əti əvəz edən qidaları təqdim edir:
Lobya və paxlalılar
Noxud, mərci, qara lobya, qırmızı lobya - yüksək miqdarda zülal və dəmir tərkiblidir.
Qoz-fındıq
Badem, qoz, fındıq, günəbaxan tumu, çia toxumu, kətan toxumu -zülal və sağlam yağlarla zəngindir.
Taxıllar və tam buğda məhsulları
Kinoa (tam zülal mənbəyidir), qarabaşaq, yulaf, qəhvəyi düyü -zülal və bəzi B qrup vitaminlərlə zəngindir.
Ət əvəzedici məhsullar
Bitki mənşəli "ət"lər (məs. Beyond Meat, seitan - buğda qlüteni) - hazır şəkildə proteinlə zənginləşdirilmiş olur.
Yumurta
Yüksək keyfiyyətli zülal və B12 vitamini mənbəyidir.
Süd məhsulları
Pendir, qatıq, süd - zülal və kalsiumla zəngindir