AZAL təyyarəsinin sərnişini Aleksey Sankt-Peterburq hava limanına enişi “panika var idi, dualar oxunurdu” sözləri ilə təsvir edib.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə o, “5-tv.ru” saytına açıqlamasında deyib.
Sərnişinin sözlərinə görə, təyyarənin sərnişinləri enişdən əvvəl bir yerə toplaşıblar:
“Salonda göz yaşları və qışqırıqlar var idi. Amma şükür Allaha, sağ-salamat eniş etdik. Təyyarə göydə vəd edilən 1,5 saat əvəzinə 4 saat dövrə vurub. Təyyarə uçuş-enmə zolağında keçsə də, sahəyə enə bildi”.
Qeyd edək ki, oktyabrın 20-də göyərtəsində 162 nəfərin olduğu təyyarə, şassi nasazlığı səbəbilə bazar ertəsi günü Pulkovo hava limanında qəza enişi edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb, heç kim xəsarət almayıb. Təyyarə Sankt-Peterburq – Bakı reysi üzrə uçuş həyata keçirirdi.