AZ

Türkiyədə qadın körpəsini məscidin həyətinə qoyub qaçdı

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə Beyazevler Mərkəzi Məscidində baş verib. Şahidlərin sözlərinə görə, başlıq taxmış naməlum qadın körpəni məscid həyətindəki skamyaya qoyaraq hadisə yerindən uzaqlaşıb. Ətrafdakıların məlumat verməsi ilə əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Cinsiyyəti oğlan olan körpə tibb işçiləri tərəfindən Buca Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Hazırda uşaq reanimasiya şöbəsində müalicə alır.

Polis körpəni tərk edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması üçün araşdırmalara başlayıb.

Seçilən
24
Ajans.az

1Mənbələr