AZ

Məşhur ulduz maska ilə tanınmaz hala düşdü - FOTO

Məşhur ulduz maska ilə tanınmaz hala düşdü - FOTOABŞ-nin reallıq şou ulduzu Kim Kardashian Los-Ancelesdə keçirilən Academy Museum Gala gecəsinə qeyri-adi görünüşlə qatılıb.

Sonxeber.az türk medisına istinadən xəbər verir ki, 44 yaşlı ulduz, bədən rənginə uyğun, başını və saçlarını tamamilə örtən maska ilə tədbirdə iştirak edib.

Maison Margiela markasına məxsus dar korsetli libas geyinən Kardashian, qırmızı xalça üzərində verdiyi pozlarla diqqət çəkib. Onun qeyri-adi görünüşü sosial şəbəkələrdə gündəmə çevrilib. İzləyicilər arasında "Yeni estetik əməliyyat etdirib" ehtimalını irəli sürənlər də olub.

Bəzi istifadəçilər zarafatla "Cadılar Bayramı kostyumunu öncədən geyindi" desə də, digərləri "Yəqin ki, üzündə prosedur keçirib və sağalma mərhələsindədir" fikrini bildirib. Sosial mediada "Bu kimdir, doğrudan da Kim Kardashian?" deyərək onu tanımadıqlarını yazanlar da az olmayıb.

Qeyd edək ki, bu, Kim Kardashian-ın üzünü gizlədiyi ilk tədbir deyil. O, 2021-ci ildə keçirilən Met Gala gecəsinə də tamamilə qara Balenciaga geyimi və maskası ilə qatılmış və həmin vaxt da böyük səs-küyə səbəb olmuşdu.
Məşhur ulduz maska ilə tanınmaz hala düşdü - FOTO

Seçilən
52
sonxeber.az

1Mənbələr