AZ

Mustafa Sandal ömürlük "Qlobal Sənətçi Viza" sı aldı

Ajans.az xəbər verir ki,bu barədə Britaniya Mədəniyyət Departamentinin agentliyi olan Arts Council məlumat yayıb. Qurum ilk dəfə olaraq türk sənətçisini "beynəlxalq səviyyədə tanınan sənətçi" kimi tanıyıb və onun sənədlərini Böyük Britaniya Daxili İşlər Nazirliyinə göndərib. Nazirlik Sandala ömürlük yaşayış icazəsi də verib. Arts Council-un rəsmi məktubunda Sandalın dünya üzrə qazandığı mükafatlar, çoxsaylı konsertləri və səkkiz dilə tərcümə olunmuş bəstələrinin 24 ölkədə hit-paradlarda birinci yeri tutması xüsusilə vurğulanıb. Qeyd edək ki, Böyük Britaniya Brexitdən sonra Avropa İttifaqı ilə Ankara razılaşmasını ləğv edərək viza və yaşayış icazəsi prosedurlarını sərtləşdirib. Məhz bu səbəbdən 2019-cu ildə tanınmış pianoçu Fazıl Say və Athena qrupu İngiltərədə planlaşdırdıqları konsertlərini ləğv etmək məcburiyyətində qalmışdılar. Yeni viza proqramı beynəlxalq miqyasda tanınmış sənət və elm adamlarını ölkəyə cəlb etmək və onların fəaliyyətinə dəstək vermək məqsədi daşıyır. Началоформы   Конец формы

 

Seçilən
97
Ajans.az

1Mənbələr