AZ

ABŞ-da təyyarə fövqəladə eniş edib – pilot yaralanıb

ABŞ-da təyyarə fövqəladə eniş edib – pilot yaralanıb

United Airlines aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsi Denver–Los-Anceles reysi zamanı 11 min metr yüksəklikdə ön şüşəsi çatladığı üçün Yuta ştatında təcili eniş edib. Şüşə qırıntıları nəticəsində pilotun əli yüngül xəsarət alıb.

Təyyarədə 140 sərnişin olub, onların hamısı təhlükəsiz şəkildə digər reyslə Los-Ancelesə çatdırılıb.

Ekspertlər hadisənin elektrik nasazlığı və ya kosmik tullantı ilə toqquşma nəticəsində baş verə biləcəyini istisna etmirlər. Hadisə ilə bağlı araşdırma davam edir.

Seçilən
103
1
interpress.az

2Mənbələr