AZ

Ziya Məmmədovun qardaşından Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Ziya Məmmədovun qardaşından Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qurduğu şəbəkədə sabiq deputat Elton Məmmədovun da adı çəkilir.

İddialara görə, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı sadiq dostları arasında başda Ziya Məmmədovun qardaşı Elton Məmmədov dayanıb. Onun vaxtilə AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxemi qurduğu iddia olunur.

Teleqraf-a açıqlama verən Elton Məmmədov iddialara münasibət bildirib:

“Bu məsələləri araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq qurum Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin. Cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm”.

Seçilən
41
7
afn.az

10Mənbələr