Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyitərəfindən əlilliyi olan uşaqlar üçün artıq Gəncə şəhərində də“RehaBus” xidmətinə başlanılıb.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhərində yaşayan və ambulatorreabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar buxidmət çərçivəsində reabilitasiya avtobusu ilə həftənin iki günüödənişsiz şəkildə Agentliyin Şəmkirdəki Uşaq ReabilitasiyaMərkəzinə çatdırılırlar. Reabilitasiya proseduru bitdikdən sonraisə onlar yenidən geri qaytarılırlar.
“RehaBus” layihəsi əlilliyi olan uşaqlar üçün reabilitasiyaxidmətlərinin əlçatanlığını artırmaq, onların sosialinteqrasiyasına dəstək məqsədi daşıyır.
Layihəyə ilk dəfə 2022-ci ildə Bakı və Sumqayıt şəhərləri,Abşeron rayonunda başlanıb. Həmin şəhərlər və rayonda da əlilliyiolan uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə)reabilitasiya avtobusu ilə Bakı şəhərindəki 2 saylı UşaqReabilitasiya Mərkəzinə çatdırılır.