AZ

Əliməmməd Nuriyev: “Azərbaycan vətəndaş cəmiyyəti dövlətin sosial tərəfdaşı deyil, dəyərlər infrastrukturunun formalaşdırıcısı kimi çıxış etməlidir”

20 oktyabr 2025-ci il tarixində Xankəndidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib.

QHT.az xəbər verir ki, Əliməmməd Nuriyev çıxışında bildirib ki, Azərbaycan QHT-lərinin Xankəndidə bir araya gəlməsi simvolik hadisə olmaqla yanaşı, vətəndaş cəmiyyətinin inkişafında yeni funksional mərhələnin başlanğıcını göstərir. Onun sözlərinə görə, bu mərhələdə vətəndaş cəmiyyəti artıq dövlətin sosial tərəfdaşı olmaqla kifayətlənməməli, dəyərlər infrastrukturunun formalaşdırıcısı kimi çıxış etməlidir:

"Əsas inkişaf istiqamətlərindən biri inkişaf proseslərində, strateji planlaşdırmada QHT sektorunun təsirinin, iştirakçılığının və rolunun gücləndirilməsi olmalıdır.  Azərbaycan vətəndaş cəmiyyəti indi artıq dövlət qərarlarının formalaşmasında bilik, təhlil və alternativ ideya mərkəzi kimi çıxış etməlidir. Layihə yönümlü fəaliyyətin yerini proses yönümlü sistem almalıdır. İkinci istiqamət dDövlət–cəmiyyət münasibətlərində məsul tərəfdaşlıq modelinə keçidin mərhələ-mərhələ reallaşdırılması olmalıdır.  Yeni mərhələdə dövlət və QHT münasibətləri “idarə olunan iştirakçılıq” modelindən “məsul tərəfdaşlığa” doğru inkişaf etməlidir. Bu model üç əsas dayağa söykənir:
Şəffaflıq və hesabatlılıq;  dəyərlərin uzlaşdırılması və məqsəd birliyi; innovasiyaların təşviqi. 
Belə yanaşma vətəndaş institutlarını qərarların formalaşmasına təsir edən intellektual tərəfdaş səviyyəsinə yüksəldəcək.
Üçüncü magistral istiqamət rəqəmsal transformasiyada tərəfdaşlıq və birgə iştirakçılıqdır."

Əliməmməd Nuriyev QHT sektorunun ictimai əxlaq və mənəvi təhlükəsizlik məsələlərində də daha fəal rol almasının vacibliyinə toxunub:

"QHT sektorunda rəqəmsal transformasiyanın əsas məqsədi ictimai inamın artırılması və süni intellektin məsuliyyətlə  tətbiqidir. Bu məqsədlə “Rəqəmsal Etika Kodeksi” və “Etik Süni İntellekt Prinsipləri” qəbul olunması vacibdir. Dördüncü vacib istiqamət ictimai əxlaq və mənəvi təhlükəsizlik məsələlərində QHT sektorunun fəal, yaradıcı iştirakına nail olmaq, əsas aktorlardan birinə çevrilməsidir.  Cəmiyyətin təhlükəsizliyi yalnız fiziki sərhədlərlə deyil, mənəvi sabitliklə ölçülür. Dezinformasiya, nifrət çağırışları və etimad itkisi – milli təhlükəsizliyə yönəlmiş yeni tipli təhdidlərdir. Vətəndaş cəmiyyəti bu sahədə ictimai etikaya və informasiya təhlükəsizliyinə xidmət edən “yumşaq güc” institutuna çevrilməlidir.

Bu konseptaul yanaşmaların parktikada reallaşması üçün aşağıdakı təklifləri nəzərdən keçirmək məqsədəuyğun olardı.  Dövlət proqramlarının ictimai monitorinq sistemlərinin yaradılması; Regional və mərkəzi QHT-lər arasında koordinasiya və bilik mübadiləsi mexanizmlərinin qurulması;  Açıq vətəndaş laboratoriyası (Open Civic Lab) təşəbbüsünün  formalaşdırılması;  Milli QHT Strategiyası–2030 sənədinin hazırlanması;  Yeni Etika Kodeksi və Vətəndaş Mədəniyyəti Manifestinin qəbul olunması.

Bu istiqamətlər Azərbaycan vətəndaş cəmiyyətinin dövlət idarəçiliyi sistemində strateji aktora çevrilməsinə şərait yaradacaq".

Əliməmməd Nuriyev çıxışının sonunda qeyd edib ki, Prezident İlham Əliyevin ictimai iştirakçılıq və ictimai nəzarət çağırışları məhz bu istiqamətdə vətəndaş cəmiyyətinin rolunu gücləndirir:

"Prezident İlham Əliyevin ictimai iştirakçılıq və ictimai nəzarət çağırışları geniş planda məhz bu vəzifəni qarşıda qoyur. QHT sektorunda davam edən qanunverilcik və institusional islahatlar da məhz bu istiqamətdə siyasəi iradənin təzahürüdür. Azərbaycan vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas hədəflərini dəstəkləməklə, yeni dövrün trendləri ilə ayaqlaşmalı və təşəbbüsləri ilə Ümumi rihafa real töhfə verməlidir."

Seçilən
136
qht.az

1Mənbələr