AZ

Yurgen Klopp: Liverpul üçün narahat olmağa ehtiyac yoxdur

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp yay "transfer pəncərəsi"ndə hücumçular Uqo Ekitike, Aleksandr İsak və yarımmüdafiəçi Florian Virtsin bahalı transferindən sonra komandanın bu mövsümki performansını şərh edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə "yutub" kanalında efirə gedən "The Diary Of A CEO" podkastında danışıb:

"İsak fantastik hücumçudur. Virtz inanılmaz istedaddır. Onun haqqında pis danışsanız, vaxt gələcək hamınız sözünüzü geri götürməli olacaqsınız. Ekitike inanılmaz oyunçudur. "Liverpul"un heyəti çox, çox, çox yaxşıdır.

Gənc mərkəz müdafiəçisi zədələnməsəydi (Covanni Leoni çarpaz bağlarını zədələyib – Red.), heyət mükəmməl olardı. İki əla sol cinah müdafiəçisi, sağda super müdafiəçi. Beləliklə, "Liverpul" üçün narahat olmağa ehtiyac yoxdur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
120
sport24.az

1Mənbələr