AZ

Bakıda moped oğruları saxlandı


Bakıda moped oğruları saxlanılıb. Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində 2 ədəd mopedin oğurlanması və zərərçəkənlərə ümumilikdə 3000 manat dəyərində ziyan vurulması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş B.Əhmədov və H.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
67
6
baki-xeber.com

6Mənbələr