AZ

Cinayətkar dəstənin oğurladığı futbolçunun cəsədi tapıldı

BAKI, 20 oktyabr. TELEQRAF

Qanada seneqallı futbolçu Çeyk Turenin cəsədi tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Seneqalın Qanadakı səfirliyi məlumat yayıb.

18 yaşlı qapıçı cinayətkar dəstənin qurbanı olub. Onların Turenin ailəsindən külli miqdarda pul tələb edildiyi iddia edilir.

Qananın hüquq mühafizə orqanları hazırda ölümün dəqiq səbəbi ilə bağlı araşdırmalarını davam etdirir.

Seçilən
120
3
teleqraf.com

4Mənbələr