Krallığın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, insan alverçilərinin əcnəbiləri saxta zəng mərkəzlərində məcburi əməyə cəlb etmələrinə cavab olaraq, Tailand Myanma və digər qonşu ölkələrlə bütün sərhəd keçid məntəqələrində tədbirləri sərtləşdirib.
Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.
“İlk növbədə, Tailand bu problemi ciddi regional çağırış kimi tanıyır və bu, hər bir ölkədən bu cinayətlərə və onlara görə məsuliyyət daşıyan qruplara qarşı mübarizəyə töhfə verməyi və səyləri birləşdirməyi tələb edir. Tailand eyni zamanda bir sıra tədbirlər görür.
Bu ilin əvvəlindən Tailandın müvafiq orqanları, xüsusən də İmmiqrasiya Bürosu qonşu ölkələrlə, o cümlədən Myanma ilə sərhəddəki bütün keçid məntəqələrində sərhəd nəzarətini gücləndirib”, – deyə agentliyin nümayəndəsi bildirib.
Yeganə