AZ

Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 60 minə yaxınlaşır

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 173 ölkəsiilə 35,375 milyard dollarlıq ticarət əməliyyatları həyatakeçirib.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu dövrdəxarici ticarət iştirakçılarının sayı 59 289 nəfər təşkil edib(illik müqayisədə 7,6% çox). Onlardan 48 868 nəfəri fiziki (illikmüqayisədə 8,8% artıb), 10 421 nəfəri isə hüquqi şəxslərdir (2,1%artıb).

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 170-Idövlət, 10 251-i isə özəl sektorun nümayəndələri olub.

Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi17,769 milyard ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı7 509 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə 18,606 milyardABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı 2 655 ədədtəşkil edib.

Seçilən
87
az.trend.az

1Mənbələr