AZ

Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, aşağıdakılardır: AZS EN 13193:2025 "Qablaşdırma - Qablaşdırma və ətraf mühit - Terminologiya";

AZS EN 13427:2025 "Qablaşdırma - Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa Standartlarının tətbiqinə dair tələblər";

AZS EN 13428:2025 "Qablaşdırma - İstehsal və tərkiblə bağlı xüsusi tələblər - Mənbələrin azaldılması yolu ilə qabaqlayıcı tədbirlər";

AZS EN 13431:2025 "Qablaşdırma – Enerjinin bərpası məqsədilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər, o cümlədən minimal istilik törətmə qabiliyyətinin müəyyən edilməsi";

AZS EN 13432:2025 "Qablaşdırma - Kompost hazırlanması və biodeqradasiya yolu ilə bərpa oluna bilən qablaşdırmaya dair tələblər – Qablaşdırmanın yekun məqbulluğu üçün sınaq sxemi və qiymətləndirmə meyarları";

AZS EN 13437:2025 "Qablaşdırma və materialın təkrar emalı - Təkrar emal üsullarına dair meyarlar - Təkrar emal proseslərinin təsviri və blok-sxemi";

AZS EN 13439:2025 "Qablaşdırma - Enerjnin bərpa olunma dərəcəsi - Tərif və hesablama üsulu";

AZS EN 13440:2025 "Qablaşdırma - Təkrar emal dərəcəsi - Tərif və hesablama üsulu";

AZS EN 14045:2025 "Qablaşdırma - Verilmiş kompostlama şərtlərində qablaşdırma materiallarının praktikada tətbiq edilməsi mümkün olan sınaqlar çərçivəsində parçalanmasının qiymətləndirilməsi";

AZS EN 14046:2025 "Qablaşdırma - Nəzarət edilən kompostlama şərtlərində qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin və parçalanmasının qiymətləndirilməsi - Ayrılan karbon qazının analizinə əsaslanan metod";

AZS EN 14047:2025 "Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Formalaşan karbon qazının analizinə əsaslanan metod";

AZS EN 14048:2025 "Qablaşdırma - Sulu mühitdə qablaşdırma materiallarının son aerob biodeqradasiya qabiliyyətinin müəyyən edilməsi - Qapalı respirometrdə oksigen tələbatının ölçülməsinə əsaslanan metod".

Bu standartların tətbiqində əsas məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsi, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır. Yeni dövlət standartları "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) qəbul edilib, AZSTAND onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
16
azvision.az

10Mənbələr