AZ

Yaxşı bir gün keçirmək üçün 9 sabah ritualı

Günə necə başladığınız, günün qalan hissəsinə də birbaşa təsir edir.


Pravda.az bildirir ki, səhər saatlarında edilən kiçik dəyişikliklər gün boyu enerjini, diqqəti və xoşbəxtlik səviyyəsini artırır.


Mütəxəssislərin tövsiyə etdiyi 9 sadə sabah ritualı ilə günə daha balanslı və pozitiv başlaya bilərsiniz.


Üz masajı edin


Səhər yuxudan oyananda üz əzələlərinizdə gərginlik hiss edə bilərsiniz. Barmaqlarınızla yanaqlarınıza və alnınıza yüngül təzyiq edərək masaj etmək qan dövranını artırır, dərini oyadır və təravət verir.


Bədəninizi hərəkətə gətirin
 

Günə sakit, amma hərəkətli başlamaq bədən və zehnin oyanmasına kömək edir. Sadə dartınma hərəkətləri və ya bir neçə dəqiqəlik gəzinti bədəni aktivləşdirir.


Oyanan kimi telefona baxmayın


Telefonu əlinizə almadan öncə bir neçə dəqiqə özünüzlə qalın. Dərin nəfəs alın, gün üçün plan qurun. Bu, stresin azalmasına və diqqətinizi toplamağa kömək edir.
 

Quru fırçalama tətbiq edin
 

Bədən fırçası ilə bədəninizi aşağıdan yuxarıya doğru fırçalayın. Bu üsul qan dövranını sürətləndirir, limfa sistemini stimullaşdırır və dərini hamarlaşdırır.


Yağla ağız çalxalayın


Bir qaşıq hindistan qozu yağı və ya küncüt yağı ilə səhər tezdən ağız çalxalamaq bakteriyaları azaldır, diş ətini gücləndirir və təbii təravət yaradır.


Üz maskası çəkin


Həftədə bir dəfə səhər üz maskası etmək dərinin parlaq və canlı görünməsinə kömək edir. Yalnız günəşə qarşı həssaslaşdırıcı maddələrdən uzaq durmaq lazımdır.


Limonlu su için


Səhər oyanar-oyanmaz bir stəkan isti suya yarım limon sıxın. Bu, orqanizmi oyadır, həzmi asanlaşdırır və C vitamini ilə immuniteti gücləndirir.


Motivasiya lövhəsi yaradın
 

Sizi ruhlandıran sitat və şəkillərdən ibarət “motivasiya lövhəsi" hazırlayın. Gözünüzün önündə hədəflərinizi görmək motivasiyanı artırır və pozitiv düşünməyə kömək edir.


Rəqəmsal detoksa zaman ayırın


Günün ilk dəqiqələrini telefonsuz keçirin. Bu, zehnin sakitləşməsinə və daha aydın düşüncəyə şərait yaradır.


Qeyd: Bu sadə səhər rituaları gündəlik həyata inteqrasiya edildikdə həm emosional balansı qorumağa, həm də bədən enerjisini artırmağa kömək olur. Kiçik vərdişlər bəzən böyük fərqlər yaradır.


Əminə Bayramova 

Tarix: 20 Oktyabr 2025, 13:55   
Seçilən
69
2
pravda.az

3Mənbələr