Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Küveyt, Qətər və Oman ölkələrinə səfər edəcək. Türkiyənin Prezident Aparatının kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran səfərin 21-23 oktyabr tarixlərində davam edəcəyini bildirib.
Səfər zamanı regional problemlərin müzakirə edilməsi və bir sıra əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir.
Qeyd edək ki, Türkiyə, Qətər və Misir Qəzzadakı sülh prosesində iştirak edirlər. Ötən həfrə Şarm Əl-Şeyx şəhərində tərəflər razılaşma imzalayıblar.
Hürr Tərcüman