AZ

Dövlətə xəyanət edən atanın nazir müavini oğlunu "Fövqəlnazir" nədən qoruyur?

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin həbsi ilə bağlı davam edən istintaq prosesindən kənarda qalan fiqurlardan biri onun oğlu – Teymur Mehdiyevdir.

Paytaxt.org Bolge.tv-yə istinadən bildirir ki, atası dövlətə xəyanət, çirkli pulların yuyulması, dövlət quruluşunu dəyişmək cəhdi kimi maddələrlə istintaqa cəlb olunduğu bir dönəmdə Teymur Mehdiyev hələ də vəzifə başında qalması mühüm suallar doğurur.

Dövlətə xəyanət edən atanın oğlu hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini postunu tutur. Ən təəccüblüsü budur ki, Kəmaləddin Heydərov  dövlətə xəyanət edən atanın oğlunu bütün gücü ilə qoruyur.


Bildiririk ki, əgər bu gün eyni vəziyyət istənilən vəzifəli məmurun və ya ictimai-siyasi xadimin ailə üzvünün başına gəlsəydi, onların yeddi arxa dönəni istintaqa çağırılar, işdən uzaqlaşdırılar, hətta həbs edilərdi. Amma, görünən budur ki,

dövlətə xəyanət edən atanın oğlu Teymur Mehdiyev üçün başqa qaydalar işləyir.

Mənbələrə görə, bu toxunulmazlığın səbəbi təkcə vəzifə iyerarxiyası deyil — Kəmaləddin Heydərovun "boz kardinal"la" olan gizli əlaqələri və xüsusilə Ramiz Mehdiyevə illərlə formalaşmış sədaqətidir.

Bu hərəkəti ilə bütün oxları öz üzərinə çək Kəmaləddin Heydərov  “Köhnə qvardiya”nın yüksək vəzifədə qalan yeganə üzvü, Mehdiyev elitasının son qalası sayılan Teymur Mehdiyevi bu cür himayə etməsi "Fövqəlnazir"lə bağlı çox gizli nüansaların olmasında da xəbər verir.

Qeyd edək ki,  dövlətə xəyanət edən atanın oğlu Teymur Mehdiyev qısa müddət ərzində Azərbaycanın demək olar ki, bütün əsas strukturlarında çalışıb. O, 2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin olunub və ona general-mayor rütbəsi verilib. 2018-ci ildə isə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yeri gəlmişkən, Mehdiyevə salam verən deputatlar, sabiq vəzifəlilər onunla birgə media və istintaq hədəfinə düşdüyü halda, general-mayor oğlunun, onu himayə edən K. Heydərovun hər şeydən kənarda qalması həqiqətən də təəccüb doğurur.

Mənsur Nur



Seçilən
35
paytaxt.org

1Mənbələr