AZ

Biznesmen ailəsi ilə tətilə yollandı, boğulub öldü - Foto

Rusiyalı biznesmen tətilinin ilk günündə Puket adasında boğulub.

News24.az “SHOT”-a istinadən xəbər verir ki, 56 yaşlı Andrey adlı sahibkar Obninskdə tikinti sahəsində fəaliyyət göstərib və ailəsi ilə birlikdə Tailanda 10 günlük tura yollanıb. Onlar məşhur Karon çimərliyi yaxınlığındakı oteldə yerləşiblər və axşam dənizə gediblər.

Sahibkar təkbaşına üzmək istəyib və uzun müddət sudan çıxmaq istəməyib. 

Təxminən yarım saat sonra həyat yoldaşı onun hərəkət etmədiyini görüb. Yerli xilasedicilər dərhal köməyə çatıblar və turistə sahildə ilkin tibbi yardım göstəriblər. 

Lakin Andrey xəstəxanada həyatını itirib. İlkin məlumata görə, onun qıcolmaları olub.


Seçilən
206
news24.az

1Mənbələr