AZ

Bakıda işdən çıxan 39 yaşlı kişi xalası oğlunu öldürdü

Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib.

Publika.az Teleqraf-a isitinadən xəbər verir ki, hadisə aprelin 7-də saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.

Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini H.Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb.

Hüseyn işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onun şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib.

Mübahisə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib. Xalası oğlunu öldürmək qərarına gələn Hüseyn saat 20:40-da Sahil qəsəbəsi, Qaradağ stansiyası, “Məhəllə marketi” adlı dükanın qarşısında onunla görüşüb.

Seçilən
36
1
publika.az

2Mənbələr