AZ

Zaxarovadan Trampa: Olmaz, nöqtə!

BAKI, 20 oktyabr. TELEQRAF

“Rusiya Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsinin yolverilməzliyi ilə bağlı mövqeyini tam aydın və ətraflı şəkildə izah edib”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a müsahibəsində bildirib.

“Moskva bu məsələni tam aydın, geniş və dərin şəkildə izah edib. Yəni bu, təkcə polemika və ya mübahisəni kəsən cümlələr deyildi. Bunlar, belə bir imkanı istisna edən, bunun səbəblərini dərindən izah edən ifadələr idi. Əsas məqsəd arqumentləri izah etmək və çatdırmaq idi”, - o bildirib.

Zaxarovanın sözlərinə görə, arqumentlər yalnız “bu, yolverilməzdir və nöqtə” fikrindən ibarət deyil:

“Yolverilməzdir, nöqtə. Amma növbəti cümlə belədir: bu, Qərb ölkələrinin dəfələrlə müxtəlif tədbirlərdə səsləndirdikləri “sülh” ifadələri ilə ziddiyyət təşkil edir. Bu, “sülh” sözünü işlədənlərin mesajlarına uyğun gəlmir”.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bəyan edib ki, Vaşinqtonun özünün “Tomahawk” raketlərinə və digər silahlara ehtiyacı var.

“Axios”un mənbələrə istinadla verdiyi məlumata görə, Tramp Zelenskiyə ABŞ-nin hazırda “Tomahawk” raketlərini Ukraynaya göndərmək niyyətində olmadığını söyləyib. Həmçinin Ağ Ev rəhbəri diplomatiyanın onun üçün prioritet olduğunu və raketlərin tədarükünün bu prosesi poza biləcəyini iddia edib.

Seçilən
10
teleqraf.com

1Mənbələr