AZ

Dubaydan gələn yük təyyarəsi dənizə düşdü

Honq-Konq Beynəlxalq Hava Limanında bu gün səhər saatlarında baş vermis təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.

İlkin məlumata görə, Dubaydan gələn “Emirates” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi eniş zamanı vaxtında uçuş-enmə zolağında dayana bilməyib, zolaqdan çıxaraq avtomobilə çırpılıb, sonra isə dənizə düşüb.

Avtomobildə olan 30 və 41 yaşlı iki kişi əvvəlcə itkin düşmüş hesab edilib.

Dərhal axtarışlara başalayan xilasetmə xidmətləri səhər saat 5:55-də 30 yaşlı kişinin cəsədini dənizdən çıxara bilsələr də, o, hadisə yerində ölüb. 41 yaşlı kişi də xəstəxanaya çatdırılsa da, həkimlər onun səhər saat 6:26-da öldüyünü bildiriblər.

Yük təyyarəsinin dörd ekipaj üzvünün heç biri xəsarət almayıb.

Qəza dünyanın ən böyük aviasiya qovşaqlarından birinin işində ciddi fasilələrə səbəb olub. Şimal eniş zolağı dərhal bağlanıb. Hava limanının administrasiyasının saytında verilən açıqlamaya görə, bazar ertəsi ərzində ən azı 12 yük reysi ləğv edilib.

Honq-Konq hakimiyyəti qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Xatirə SADİQ

Seçilən
138
nocomment.az

1Mənbələr