AZ

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilir

Bakı. Trend:

20 oktyabr 2025-ci il tarixində 2 dövlət orqanında inzibativəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 2 vəzifənin tutulmasıməqsədilə daxili müsahibə elanı verilib.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibativəzifələrin üçüncü təsnifatına, 1-i dördüncü təsnifatına aiddir.Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifəinzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət TurizmAgentliyinin aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrəsənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibəüzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsivətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin vəmaliyyə xərclərinin qarşısının alınması, habelə AzərbaycanRespublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlətxidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olanAzərbaycan Respublikasının vətəndaşları iştirak hüququnamalikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 20 oktyabr2025-ci il tarixindən 3 noyabr 2025-ci il saat 18:00-dək Mərkəzininternet portalında “Dövlətqulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdankeçməlidirlər.

Seçilən
86
az.trend.az

1Mənbələr