AZ

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə BAŞLANILDI - FOTO

Azərbaycan vətəndaşlarına təqdim olunan şəxsiyyət vəsiqələrinin dizaynı və məzmunu dəyişdirilib.

Day.Az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, artıq bir müddətdir ki, vətəndaşlara yeni formatda şəxsiyyət vəsiqələri verilməyə başlanıb.

Xatırladaq ki, bu dəyişikliklə bağlı Prezident İlham Əliyev avqust ayında müvafiq sərəncam imzalayıb.

Yenilənmiş vəsiqələrdə əvvəlkindən fərqli olaraq, vətəndaşın yaşayış yeri barədə məlumat da yer alır. Bu informasiya sənədin arxa tərəfində əks olunub.

Eyni zamanda, şəxsiyyət vəsiqəsində yerləşən elektron çipdə əvvəlki variantla müqayisədə yalnız ən vacib məlumatlar saxlanılıb.

  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
Seçilən
93
16
day.az

10Mənbələr