AZ

Varşavada baş nazirin partiyasına Molotov kokteyli atdılar

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Polşanın Baş naziri Donald Tuskun hakim "Vətəndaş Koalisiyası"na daxil olan "Vətəndaş Platforması" partiyasının Varşava ofisinə hücum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "TVN24" telekanalı məlumat yayıb.

Məlumata görə, şüşə qapını sındıraraq inzibati binaya "Molotov kokteyli" atılıb, yanğının qarşısı alınıb. Hücumda iki nəfər iştirak edib, onlardan biri polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, 44 yaşlı Polşa vətəndaşı əvvəllər Tusku hədələməkdə ittiham olunub.

"Vətəndaş Platforması"nın terror aktı kimi qiymətləndirdiyi hadisəni polis araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
oxu.az

1Mənbələr