AZ

Türkiyənin təyyarəsi dənizə düşdü! Ölənlər var

Hurriyyet.az xəbər verir ki, Türkiyə şirkətinə məxsus  "Boeing" təyyarəsi Honqkonqda dənizə düşüb, ölənlər var.

"Röyter" agentliyinin aeroportun operatoruna istinadla verdiyi məlumata görə, yük təyyarəsi Honqkonq beynəlxalq hava limanında uçuş-eniş zolağından kənara çıxaraq dənizə düşüb. 

Qəza yerli vaxtla saat 3.50-də (Bakı vaxtı ilə 23.50-də) baş verib. Təyyarə Dubaydan yola çıxıb. "Flightradar24" xidmətinin X şəbəkəsində verdiyi məlumata görə, Türkiyənin "AirACT" aviaşirkətinə məxsus "Boeing 747" təyyarəsi "Emirates" üçün yük apararırmış. Təyyarənin yerüstü nəqliyyat vasitəsi ilə toqquşduğu güman edilir.

Polisin mediaya verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Onlar əvvəlcə itkin hesab olunsalar da, sonradan birinin nəşi dənizdən çıxarılıb, digəri isə hadisə yerində yaralı halda tapılıb, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hürr Tərcüman

 

Seçilən
116
50
hurriyyet.az

10Mənbələr