AZ

Yaşıl enerji üzrə elektrik stansiyalarının gücü ümumi istehsal gücünün 18,8%-ni təşkil edir

BAKI, 20 oktyabr. TELEQRAF

Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 faizini təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində qeyd olunub.

Nazir məqaləsində əlavə edib ki, ölkədə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 MVA-a çatıb:

"Son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur. Ötən il ölkədə 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7 milyon kVt·st təşkil edib. Bu ilin ilk doqquz ayında 21,8 milyard kVt·st enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·st həcmində olub".

Seçilən
32
teleqraf.com

1Mənbələr