BAKI, 20 oktyabr. TELEQRAF
Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xolmuhammedov Mərkəzi Asiya ölkələrinin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Teleqraf xəbər verir ki, danışıqlar zamanı hərbi əməkdaşlığın genişləndirilməsi, birgə təlim sisteminin təkmilləşdirilməsi, təcrübə və praktiki bilik mübadiləsinin yaradılması, o cümlədən regional təhlükəsizlik sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Görüşün əsas məqsədi Mərkəzi Asiya regionunda sülh, birlik və davamlı inkişafın təmin edilməsinə xidmət edəcək əməli əməkdaşlığı inkişaf etdirmək olub.
Görüşlər zamanı dövlətlərarası hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyin təmin edilməsi, dövlətlər arasında etimad və sabit əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə dair razılıqlar əldə olunub.
Görüşlər Mərkəzi Asiya ölkələrinin Səmərqənddə keçirilən toplantısı çərçivəsində baş tutub.