AZ

Masallının bəzi kəndlərində qaz kəsiləcək

Bakı.Trend:

Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasiləyaranacaq.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, Masallı rayonunun Böyük Xocavar kəndində qazxəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə,Köhnə Alvadı kəndinin bir hissəsi, Böyük Xocavar, Banbaşı,Yeyenkənd və Xəlfələr kəndlərini əhatə edən ərazidə ümumilikdə 2100abonentin qaz təchizatının 21 oktyabr 2025-ci il tarixdə saat10:00-dan işlər yekunlaşana qədər dayandırılmasıplanlaşdırılır.

Qurumdan vurğulanıb ki, qaz təchizatı avadanlıqlarını nəzarətdəsaxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayətetməyinizi xahiş edirik.

Seçilən
67
az.trend.az

1Mənbələr