AZ

Donald Tramp: “Kolumbiya prezidenti qanunsuz narkotik lideridir”

Ajans.az xəbər verir ki,Tramp bazar günü “Truth Social” sosial şəbəkəsində paylaşdığı bəyanatda Kolumbiyaya göstərilən maliyyə yardımı və subsidiyaların dayandırılacağını bildirib. O, Kolumbiyanın artan kokain istehsalına qarşı kifayət qədər tədbir görmədiyini əsas gətirib. “Petro ölkədə narkotik istehsalının qarşısını almaq üçün heç nə etmir. Bu, artıq Kolumbiyanın ən böyük biznesinə çevrilib”, – deyə Tramp qeyd edib. O, ABŞ tərəfindən Kolumbiyaya edilən ödənişlərin və yardımların narkotiklərlə mübarizə məqsədi daşıdığını vurğulayaraq bildirib: “Bu gündən etibarən bu ödənişlər, eləcə də digər formada subsidiyalar Kolumbiyaya verilməyəcək.” Tramp Kolumbiyada istehsal olunan narkotiklərin ABŞ-da “ölüm, dağıntı və sosial təxribat”a səbəb olduğunu deyib. O, Petroya sərt xəbərdarlıq edərək əlavə edib: “Petro bu qətl sahələrini dərhal bağlamasa, Birləşmiş Ştatlar özü bağlayacaq və bu, onun üçün yaxşı olmayacaq.” Hadisəyə hələlik nə Kolumbiyanın Vaşinqtondakı səfirliyi, nə də Ağ Ev tərəfindən rəsmi reaksiya verilməyib. Xatırladaq ki, keçən ay Tramp administrasiyası Nyu Yorkda baş verən “ehtiyatsız və təxribat xarakterli hərəkətlər”dən sonra prezident Petroya verilmiş ABŞ vizasını ləğv edib.  

Seçilən
105
Ajans.az

1Mənbələr