İngiltərə Premyer Liqasının VIII turunda "Mançester Yunayted" səfərdə "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" əzəli rəqibini 9 il sonra səfərdə məğlub etməyi bacarıb.

"Liverpul"un baş məşqçisi Arne Slot görüşdən sonra hakimlikdən şikayət edib. O, ilk qolda qayda pozuntusu olduğunu düşünür:

"İlk qol vurulan zaman oyunçumuz yerdə qalmışdı və oyun dayandırılmalı idi".

Qeyd edək ki, oyunda hesabı 2-ci dəqiqədə Brayan Mbemo açıb. Daha sonra Kodi Qakpo "status-kvo"nu bərpa edib. Sonda nəticəni Harri Maquayr müəyyənləşdirib.