Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə BeynəlxalqParlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olanvitse-prezidenti, millət vəkili Sevil Mikayılova Cenevrədəkeçirilən IPU 151-ci Assambleyası çərçivəsindəqadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə iləçıxış edib.
Trend-in məlumatına görə,Sevil Mikayılova üzvü olduğu IPU-nun Gender tərəfdaşlığı məsələləriüzrə Qrupunun adından çıxış edərək bildirib ki, Qrupun əsas məqsədihəm IPU-nun fəaliyyətində, həm də milli parlamentlərdə qadınlarınvə kişilərin bərabər iştirakına vasitəçilik etməkdir.
“Oktyabrın 18-də Qrup burada, Cenevrədə öz ilk iclasını keçirdi.Mandatımıza uyğun olaraq, biz bu Assambleyada qadın deputatlarıniştirakını monitorinq etməklə başladıq. 18 oktyabr tarixinə olanməlumata görə, qeydiyyatdan keçmiş bütün nümayəndələrin 37,1faizini qadınlar təşkil edir. Bu göstərici Daşkənddə keçirilənəvvəlki Assambleyanın nəticələrinə yaxındır və son beş sessiyanınorta göstəricilərini üstələyir. Bu, ümidverici tendensiyadır vəümid edirik ki, Assambleya işi sona çatana qədər bu rəqəmlərqorunub saxlanılacaq”, - deyə o vurğulayıb.
S. Mikayılova həmçinin, nümayəndə heyətlərinin tərkibindəkidisbalansa da diqqət çəkib:
“Bizim son məqsədimiz gender bərabərliyinə nail olmaqdır, lakintəfərrüatlar göstərir ki, hələ görüləsi çox iş var. Hər birində ənazı iki nümayəndə olan 125 nümayəndə heyətindən səkkizi kişi, biriisə qadındır. Bu, ötən il Cenevrədə müşahidə olunan vəziyyətə deməkolar ki, uyğundur, lakin ümumilikdə əvvəlki illərlə müqayisədə dahaaşağı göstəricidir. Bundan başqa, cəmi bir nəfərdən ibarət 11nümayəndə heyəti var ki, onların doqquzu kişi, ikisi isə qadındır.Beləliklə, 17 nümayəndə heyətinin yalnız kişilər, 3 nümayəndəheyətinin isə yalnız qadınlar tərəfindən təmsil olunacağıgözlənilir”.
Qrup həmçinin, kişi və qadınların ən azı 40 faizdən ibarətolduğu “gender balanslı” nümayəndə heyətlərini də təhlil edib.
“Əvvəlki iki Assambleyada rekord sayda – 49 balanslaşdırılmışnümayəndə heyəti olmuşdu, indi isə onların sayı 40-dır. Bu, onugöstərir ki, biz daha yaxşı işləyə bilərik və işləməliyik. Hər birgeosiyasi blokda gender balanslı nümayəndə heyətləri mövcuddur –biz bir-birimiz üçün nümunə ola bilərik”, – deputat qeyd edib.
Sevil Mikayılova əlavə edib ki, Qrup “International GenderChampions” təşkilatı tərəfindən IPU və “Women at the Table” qurumuilə birgə hazırlanmış, gender yönümlü assambleyaların təşkili üçünnəzərdə tutulan praktik vəsaitin ikinci nəşrini alqışlayıb.
“Bu vəsait qadınların iştirakının genişləndirilməsi və genderbərabərliyinin təşviqi üçün şərait yaradılmasına dair praktiktövsiyələr təqdim edir. Sənəddə IPU-nun uzun illər ərzində ardıcılşəkildə təşviq etdiyi qabaqcıl yanaşmalar toplanıb. Qrupumuz butəşəbbüslərin ön sıralarında yer aldığı üçün qürur duyur. Biz sizibu vəsaitlərdən və onun ən yaxşı təcrübələrindən fəal şəkildəyararlanmağa çağırırıq”,- deyə o bildirib.
Çıxışının sonunda Sevil Mikayılova vurğulayıb ki, Qrupqadınların payı 10 faizdən az olan parlamentlərin nümayəndəheyətləri ilə dialoqu davam etdirəcək və onlara dəstək təklifedəcək.
“Biz həmkarlar arasında qarşılıqlı yardımı yüksəkqiymətləndiririk və əminik ki, təcrübə mübadiləsi yolu iləqərarların qəbulunda gender bərabərliyi məqsədinə bir qədər dəyaxınlaşa bilərik. IPU çərçivəsində və milli səviyyədə dəstəyinizəümid edirik”, - deyə Sevil Mikayılova fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ciAssambleyası 2025-ci il oktyabrın 19-dan 23-dək İsveçrənin Cenevrəşəhərində keçirilir. Assambleyanın işində təşkilatın bütünnizamnamə orqanları – Rəhbər Şura, Daimi Komitələr, Parlamentüzvlərinin hüquqları və Yaxın Şərq məsələləri üzrə komitələr,həmçinin Qadın Parlamentarilər Forumu və Gənc Deputatlar Forumuiştirak edir.
Assambleyanın ümumi müzakirəsinin əsas mövzusu “Böhrandövrlərində humanitar normalara riayət və humanitar fəaliyyətindəstəklənməsi”dir. İştirakçılar aktual çağırışları müzakirə edəcək,fikir mübadiləsi aparacaq və bu sahədə parlament təşəbbüslərihazırlayacaqlar. Bundan əlavə, fövqəladə gündəlik üzrə vəDemokratiya və İnsan Hüquqları Daimi Komitəsində müzakirə edilənmövzu – “Beynəlxalq qanunsuz övladlığa götürmə qurbanlarınıntanınması və dəstəklənməsi, bu təcrübənin qarşısının alınmasıtədbirləri” ilə bağlı qətnamələr qəbul ediləcək. Assambleya ümumimüzakirənin əsas mövzusuna dair yekun sənədin qəbulu ilə başaçatacaq.