AZ

FIFA DÇ-2026-dan əvvəl ofsayd qaydasını dəyişə bilər

BAKI, 20 oktyabr. TELEQRAF

FIFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydasında dəyişiklik edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "Cadena SER" radiostansiyası məlumat yayıb.

FIFA-nın futbolun qlobal inkişaf departamentinin rəhbəri, “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger yeni qayda təklifi irəli sürüb. Təklifə əsasən, əgər futbolçunun qolla nəticələnə biləcək bədən hissəsi sonuncu müdafiəçinin xətti ilə eyni səviyyədə və ya ondan geridədirsə, o zaman ofsayd qeydə alınmayacaq.

Qeyd olunur ki, yeni qayda 2026-cı il dünya çempionatı ərəfəsində sınaqdan keçirilə bilər.

Seçilən
115
teleqraf.com

1Mənbələr