Ojani Noa müğənninin “şöhrət və pulu ailədən üstün tutduğunu” deyərək emosional paylaşım edib...
Poliqon xəbər verir ki, ABŞ pop ulduzu Cennifer Lopezin ilk əri, 51 yaşlı fitnes-məşqçi və prodüser Ojani Noa keçmiş həyat yoldaşını açıq şəkildə xəyanətdə və ailə dəyərlərini tapdalamaqda ittiham edib. Noa “Instagram” hesabında paylaşdığı emosional yazıda Lopezə müraciətlə bildirib:
“Qurban rolu oynamağı və bizi günahlandırmağı dayandır. Problem nə məndə, nə bizdədir, problem səndədir”.
Onun sözlərinə görə, Lopez onların evliliyini özü dağıdıb, “ailəni deyil, şöhrət və pulu seçib”.
“Sən özünü idarə edə bilmədin. Sənin çox ‘sevgilərin’ olub — dörd evlilik və saysız-hesabsız romanlar. A.mma sənin yaxşı münasibətlərin də vardı. Məsələn, mənimlə”, deyə Noa qeyd edib
Keçmiş ər bildirib ki, Lopezin Hollivudda karyerasını dəstəkləmək üçün işini, ailəsini və yaşadığı ştatı dəyişib.
“Sənə hər şeyimi verdim, amma qarşılığında heç nə almadım. Mən sənə görə çox yaxşı kişi idim”, deyə o vurğulayıb.
Noa iddia edib ki, evliliyi qorumağa çalışsa da, Lopez yalan danışır və xəyanət edirdi.
“Mən yalnız bir şey istəyirəm, həqiqəti de. İnsanlar bilməlidirlər ki, əsl problem kimdir. Sən utanmalısan,” deyə o, paylaşımını yekunlaşdırıb.
Ojani Noanın bu açıqlaması Lopezin The Howard Stern Show verilişində səsləndirdiyi fikirlərdən az sonra yayımlanıb. Həmin müsahibədə 56 yaşlı müğənni “heç vaxt həqiqətən sevilmədiyini” demiş və əlavə etmişdi: “Mən başa düşdüm ki, məsələ sevgiyə layiq olub-olmamağımda deyil, sadəcə onlar onu verə bilmirdilər”
Noa isə hadisələrə fərqli baxır. O, Lopezin 1990-cı illərin sonunda repçi Puff Diddy (Şon Kombs) ilə münasibətindən sonra dəyişdiyini və həmin dövrdə “şöhrətə aludə olduğunu” bildirib. “Onun ilk albomu On the 6 çıxdı, ‘Diddy’ ilə münasibət isə onu populyarlıq və həzz içində saxladı,” – deyə o xatırladıb.
Xatırladaq ki, Cennifer Lopez dörd dəfə ailə qurub — Ojani Noa (1997–1998), rəqqas Kris Cadd (2001–2003), müğənni Mark Entoni (2004–2014; ondan 17 yaşlı əkizləri Maks və Emmi var) və aktyor Ben Afflek (2022–2025).
Poliqon.info