AZ

Qarabağda 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib

BAKI, 20 oktyabr. TELEQRAF

Azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində qeyd olunub.

Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib.

Seçilən
32
teleqraf.com

1Mənbələr