AZ

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə hazırlaşır

Ajans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib. Yeni sanksiyalar paketinin Rusiya iqtisadiyyatına, xüsusilə enerji, maliyyə və texnologiya sektorlarına yönələcəyi, həmçinin sanksiyalardan yayınma cəhdlərinə qarşı əlavə mexanizmlər nəzərdə tutulacağı bildirilir. Qeyd edək ki, Aİ indiyədək Rusiya Federasiyasına qarşı 18 sanksiya paketi qəbul edib. Bu tədbirlər əsasən Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın hərbi və iqtisadi imkanlarını məhdudlaşdırmağa yönəlib.

 

Seçilən
121
Ajans.az

1Mənbələr