Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda mərkəzçi Rodriqo Paz qalib gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bu nəticə ölkədə 2006-cı ildən bəri hakimiyyətdə olan solçu qüvvələrin dövrünü başa çatdırıb.
Xristian-demokrat partiyasının senatoru, 58 yaşlı Rodriqo Paz səslərin 54,5%-ni toplayaraq prezident seçkilərində qalib gəlib. Onun rəqibi, keçmiş prezident Xorxe Kiroqa isə 45,5% səs əldə edib.
Yeni prezident 8 noyabrda vəzifəsinin icrasına başlayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.