Polşanın baş naziri Donald Tusk heç kimin ərazilərlə bağlı Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiq etməməsi fikrini bildirib...
Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Polşanın baş nazirinin fikrincə, Rusiyaya təzyiq göstərilməlidir ki, onu Ukraynaya qarşı hərbi təcavüzünü dayandırmağa məcbur etsin: "Heç birimiz ərazi güzəştləri məsələsində Zelenskiyə təzyiq etməməliyik. Hamımız Rusiyaya təcavüzünü dayandırması üçün təzyiq etməliyik".
Polşanın baş naziri həmçinin əlavə edib ki, ərazi güzəştləri heç vaxt ədalətli və davamlı sülhə aparan yol olmayıb.
Bundan əvvək Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun hazırda zəif vəziyyətdə olduğunu deyib. Zelenski qeyd edib ki, Putin qalib gəlmir, Ukrayna da müharibədə uduzmur. Ukrayna prezidenti əlavə edib ki, genişmiqyaslı müharibə başlayandan Rusiya Federasiyası Ukrayna ərazilərinin 1%-ni işğal edə bilib, lakin 1,3 milyon əsgərini itirib. Zelenskinin sözlərinə görə, məhz Putin döyüş meydanında qalib gəlmədiyi üçün hava zərbələrini gücləndirir.
Poliqon.info