Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında birbaşa görüşün keçirilməsində maraqlıdır.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Kaja Kallas xarici mediaya açıqlamasında bildirib.
Kallas deyib ki, “Mən Zelenskinin Putinlə görüşməsini istərdim, çünki sülh razılaşmasına gəlməli olan tərəflər məhz onlardır”. Onun sözlərinə görə, belə bir görüşün baş tutması sülh prosesinin real konturlarını müəyyən edə bilər.
Aİ rəsmisi əlavə edib ki, görüşdən konkret nəticə gözlənilməsə də, tərəflərin bir masa arxasında əyləşməsi mühüm addım olacaq. O, həmçinin qeyd edib ki, Putinlə ABŞ prezidenti Donald Tramp arasında da yaxın vaxtlarda görüş ola bilər.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski daha əvvəl mövcud təmas xəttindən başlayaraq regional danışıqlara hazır olduğunu, sülh prosesində bütün formatlara açıq olduğunu bildirmişdi.
//Gülnarə Abasova, Editor.az