Bakı. Trend:
Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərindəözəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrikstansiyasının (KSES) tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavəstansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.
Qeyd edilib ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin”və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarınıntikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür:“Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstüpanellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, buisə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerjiqovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasınayol açacaq”.
Vurğulanıb ki, su elektrik stansiyaları bölgənin “təmiz enerji”təminatının əsas mənbəyidir: “Ötən il istehsal olunan 573 milyonkilovat/saat elektrik enerjisinin 40 faizi regionun daxilitələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminəötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-açatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kVt·saatdançox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbiiqaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 mintondan çox azalması deməkdir”.