AZ

Böyük Britaniya türk ulduza ömürlük viza verdi

ain.az bildirir, Milli.az portalına istinadən.

Böyük Britaniya Sənət Şurası tarixində ilk dəfə olaraq türkiyəli müğənniyə "beynəlxalq artist" statusu verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ada məşhur pop ifaçı Mustafa Sandal layiq görülüb.

Sənət Şurası müğənniyə ömürlük "Global Artist" (Qlobal Artist) vizası təqdim edib. Bu viza vasitəsilə Sandala Böyük Britaniyada daimi yaşayış icazəsi verilib.

Böyük Britaniyanın Mədəniyyət Nazirliyi Mustafa Sandalın dünya miqyasında qazandığı uğurları, beynəlxalq səviyyədə keçirdiyi konsertləri və 8 fərqli dilə tərcümə edilən bəstələrinin 24 ölkənin hit-paradlarında birinci yeri tutmasını xüsusi olaraq qeyd edib.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
99
1
news.milli.az

2Mənbələr