AZ

2030-cu ilədək bərpa olunan enerjinin payını 38 faizə çatdırmağı planlaşdırırıq – Pərviz Şahbazov

Bakı. Trend:

Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmışgücdə payını 38 faizə yüksəltməkdir.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Qeyd edilib ki, bu məqsədlə tərəfdaşlarla imzalanmış müqavilələrçərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına daenerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təminolunması baxımından yanaşılır: “Bu istiqamətdə Çinin ElektrikEnerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) iləelektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıqedirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji vəiqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilkmərhələdə bərpa olunan enerji üzrə potensial tələbatqiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərininşəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq. Daxili tələbatıntəminatı məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafına bucür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dairməsuliyyətli mövqeyimizin təzahürüdür”.

Məqalədə vurğulanıb ki, uzunmüddətli “yaşıl enerji”gündəliyimizin bütün istiqamətləri beynəlxalq enerji şirkətləri ilətərəfdaşlıq əsasında irəliləyir: “Bunun nəticəsində Azərbaycanartıq genişmiqyaslı “yaşıl enerji” əməkdaşlıq ekosistemiformalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində “Masdar”,“ACWA Power”, BP, “SOCAR Green”, “Nobel Energy”, AGEC, Baltech,“Universal International”, “China Datang”, China Energy, PowerChina, TotalEnergies, Elecnor və ROX kimi aparıcı beynəlxalqşirkətlər töhfələri ilə Azərbaycanın yaşıl inkişafının birparçasına çevrilirlər”.

Məqalədə:
Seçilən
69
2
az.trend.az

3Mənbələr