AZ

Tramp Zelenski ilə ərazi güzəştləri barədə danışıqları təkzib edib

Ağ Evdə keçirilən görüşdən sonra yayılan məlumatlara ABŞ lideri aydınlıq gətirib...

ABŞ prezidenti Donald Tramp 17 oktyabrda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı guya ərazi güzəştlərinin müzakirə olunduğuna dair iddiaları rədd edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Trampın sözlərinə görə, görüşdə Ukraynanın ərazi bütövlüyü ilə bağlı hər hansı kompromis danışıqları aparılmayıb. The Washington Post isə daha əvvəl yazmışdı ki, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff guya Donbasın Rusiyaya verilməsi variantını gündəmə gətirib. Lakin Tramp bu iddianı əsassız adlandırıb və “bu region olduğu kimi qalmalıdır, Rusiya artıq onun təxminən 78 faizinə nəzarət edir” – deyə bildirib.

Bundan əvvəl Tramp Rusiyanın prezidenti Vladimir Putinlə bağlı açıqlamasında, onun “konfliktin sonunda nəyisə əldə edəcəyini” qeyd etmişdi. Bununla belə, Reuters öz mənbələrinə istinadən xəbər verir ki, Tramp Zelenski ilə görüşdə həm Ukrayna, həm də Rusiya üçün təhlükəsizlik zəmanətlərinin yaradılması məsələsini də müzakirə edib.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr