AZ

ABŞ vitse-prezidentinin korteji mərmi qəlpələri ilə vuruldu

Ajans.az The Daily Beast-ə istinadən xəbər verir ki,hadisə Kaliforniyanın Camp Pendleton şəhərində, Dəniz Piyadaları Korpusunun 250-ci ildönümünə həsr olunmuş tədbirdə baş verib. Tədbir çərçivəsində keçirilən canlı atəş nümayişi zamanı M777 haubitsasından atılan 155 millimetrlik mərmi vaxtından əvvəl partlayıb. Partlayış zamanı qəlpələr Los-Anceles və San Dieqonu birləşdirən əsas avtomobil yolu — Interstate 5 üzərində hərəkətdə olan vitse-prezident kortejinin motosikletinə və Kaliforniya Yol Patrul xidmətinə məxsus avtomobilə ziyan vurub. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, iştirakçılar arasında narahatlıq yaradıb. Hadisədənəvvəlmagistralyolunbirhissəsitəhlükəsizlikməqsədilə müvəqqətibağlanıb. Bu da sürücülər arasında çaşqınlığa səbəb olub.

 

Seçilən
106
Ajans.az

1Mənbələr