AZ

Vəzifədən getdikdən sonra etiraf etdi: Həmişə Putinlə...

BAKI, 20 oktyabr. TELEQRAF

“Mənim Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarımın tonu həmişə dostluq tonunda olub, amma hər ikimiz nə gözlədiyimizi bilmişik”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Olaf Şolts vansler vəzifəsini tərk etdikdən sonra yerli KİV-ə ilk müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynada müharibə başlayandan bəri dəfələrlə Putinlə ətraflı şəkildə danışıb. Belə təmasın sonuncusu ötən il olub. Almaniyanın keçmiş kansleri bu söhbətlərin hansı tonda getdiyi soruşulduqda “dostluq” cavabını verib.

“Belə də olmalıdır. Amma düşünürəm ki, hər kəs bir-birindən nə gözlədiyini bilir”, - Şolts qeyd edib.

Həmçinin o, Rusiyanın Ukraynada kortəbii qərarla müharibəyə başlamadığını iddia edib. Olaf Şolts ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verə biləcəyinə ümid etdiyini vurğulayıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr