AZ

Qazaxıstan Prezidenti ABŞ-yə yeni səfir təyin edib » AzadMedia.az

Qazaxıstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-yə yeni səfir təyin edib.

Bu posta Mağcan İlyasov təyin olunub.

Eyni zamanda, Tokayev İlyasovu Böyük Britaniyada, həmçinin İslandiya və İrlandiyada səfir vəzifəsindən azad edib. O, Britaniya səfiri vəzifəsini 2022-ci ildən tutub, bundan əvvəl İlyasov iki il ərzində ölkənin BMT-dəki daimi nümayəndəsi olub, daha əvvəl isə dörd il Qazaxıstanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Qazaxıstanın ABŞ-dəki əvvəlki səfiri Yercan Aşıkbayev sentyabr ayında Tokayev tərəfindən istefaya göndərilib. Eyni zamanda, prezident öz administrasiyasında kadr dəyişiklikləri edib və respublikanın XİN başçısını dəyişib.

Seçilən
41
4
azadmedia.az

5Mənbələr