Çilidə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, mundialın finalında sensasiya qeydə alınıb.
Mərakeşin gənclər millisi həlledici oyunda Argentinadan olan həmyaşıdlarını məğlub edib - 2:0. Portuqaliyanın “Famalikao” klubunda çıxış edən Yasir Zabiri dubl edərək komandasına kubok qazandırıb.
Üçüncü yeri Fransanı 1:0 yenən Kolumbiya tutub.
Xatırladaq ki, Argentina altıqat (1979, 1995, 1997, 2001, 2005 və 2007) çempiondur. Mərakeş isə ilk dəfə titula yiyələnib.
Mirağa