BAKI, 20 oktyabr. TELEQRAF
Vaşinqton hələlik Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi ilə bağlı qərar verməyib.
Teleqraf xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
O, qeyd edib ki, ABŞ hökumətinin əsas prioriteti əvvəlcə öz ordusunun təhlükəsizliyini təmin etməkdir.
“ABŞ ilk növbədə Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır. Bu da o deməkdir ki, biz öz silahlı qüvvələrimiz üçün ən vacib silah sistemlərinin ehtiyatını yaratmalıyıq”, - Vens bildirib.
Onun sözlərinə görə, prezident Donald Tramp hazırda məhz bu məsələyə üstünlük verir.
“Əgər o hesab etsə ki, əlavə silahların Avropaya satılması Amerikanın maraqlarına uyğundur, bunu edəcək. Lakin hələlik ‘Tomahawk’ raketləri ilə bağlı belə bir qərar verilməyib”, - vitse-prezident deyib.
O əlavə edib ki, bu məsələ ilə bağlı yekun qərarı şəxsən Tramp verəcək.