ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Neftçi” Premyer Liqanın VIII turunda “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.
Mövsümə çempionluq iddiası ilə başlayan “ağ–qaralar”ın nəticələri hədəflərlə üst-üstə düşmür. Yayda heyətin demək olar, 90 faizini dəyişən baş məşqçi Samir Abasov hələ gözləntiləri qarşılamır. Komanda oyun planında artırsa da, nəticələr istənilən deyil.
8 oyunda 6 heç-heçə edib, 1 dəfə qələbə qazanan “Neftçi” 1 dəfə də meydanı xalsız tərk edib. 9 xalla 9-cu sırada qərarlaşan paytaxt klubu lider “Qarabağ“dan artıq 7 xal geridədir. Son çempionun ehtiyatda daha bir oyunu var və bu fərq daha arta bilər.
Mövsümün əvvəlidir və 7 xallıq fərq qapana bilər, ancaq gedişat bunun olacağına ehtimal yaratmır. Avrokubok zonasından isə 6 xal geri qalan “Neftçi” bu yoldakı rəqibləri ilə matçlarda da xal itirib. Qarşıdakı turlar “ağ-qaralar” üçün önəmli olacaq. Qələbəsizlik seriyasının davam etməsi komandanı həm liderdən, həm də avrokuboka vəsiqə verən yerlərdən daha uzaq salacaq.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.